Həsən Kərimov vəfat edib

Həsən Kərimov

AXCP Ali Məclisinin sədri Həsən Kərimov noyabrın 20-də vəfat edib.

Partiyadan verilən məlumata görə, Həsən Kərimovun halı yolda pisləşib və onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar.

Amma həyatını xilas etmək mümkün olmayıb.

Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.