Türkiyənin “Qalatasaray" klubu baş məşqçisi Həmzə Həmzəoğlu ilə müqaviləni dayandırıb.
Türkiyə mətbuatının yazdığına görə, qarşılıqlı razılaşma əsasında onunla müqavilə ləğv edilib.
"Qalatasaray" hazırda Türkiyə superliqasında 11 turdan sonra 21 xalla 3-cü yerdədir.
Həmzə Həmzəoğlu klubu ötən ildən çalışdırırdı.