Kosovoda etiraz aksiyası keçirilib

Kosovoda aksiya

Kosovo polisi noyabrın 18-də paytaxt Priştinada etiraz aksiyasını dağıdarkən gözyaşardıcı qazdan istifadə edib.

Müxalifət tərəfdarları liderlərindən biri Donika Kadaj-Bujupinin həbsinə etiraz olaraq hökumət evinin qarşısında aksiya keçiriblər.

Aksiyaçılar binanı daşa basanda polis işə keçib.

Qeyd edək ki, Donika Kadaj-Bujupi parlamentin sesiyasında baş verən hərc-mərcliyə görə noyabrın 18-də həbs edilib.

Bundan başqa daha 3 deputatın həbsinə order verilib.

Noyabrın 17-də Serbiya ilə münasibətlərin yaxşılaşmasına qarşı çıxan müxalif deputatlar yenidən parlamentin iclas zalına gözyaşardıcı qaz buraxıblar.

Müxalifət Serbiya ilə münasibətlərin yaxşılaşmasını nəzərdə tutan razılaşmaya qarşı çıxır və buna görə parlamentin iclasını bir neçə dəfə pozub.