Misirdə aeroportun əməkdaşları saxlanmayıb

Foto arxiv

Misirin Daxili İşlər Nazirliyi Şarm aş Şeyx hava limanının Rusiya təyyarəsinə bomba qoyulmasında şübhəli bilinən 2 əməkdaşının saxlanması barədə məlumatı təkzib edib.

Bu barədə TASS nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir.

Reuters agentliyi bundan əvvəl Misir Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadla bu terror aktında şübhəli bilinən 17 nəfərin saxlandığını və onlardan ikisinin hava limanının əməkdaşları olduğunu xəbər vermişdi.

Agentliyin məlumatına görə, terrorçulara məhz onlar kömək edibmiş.

Oktyabrın 31-də A-321 təyyarəsinin qəzaya uğraması nəticəsində 224 adam ölüb.

Buna görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Rusiya təyyarəyə bomba qoyulmasını rəsmən təsdiqləyib.