Azərbaycanın futbol millisi noyabrın 17-də Bakıda Moldovo yığmasını qəbul edir.
Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq görüşü Yerli vaxtla axşam saat 9-da başlayır.
Oyunu Laşa Silagavanın başçılıq etdiyi gürcüstanlı hakimlər briqadası idarə edir.
Bu yoldaşlıq görüşü olsa da FIFA-nın reytinqində hər iki komanda üçün əhəmiyyətlidir.
Hazırda Azərbaycan millisi reytinq cədvəlində115-ci, Moldova isə 114-cü yerdədir.
Zədələndiklərinə göraə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov və Dmitri Nazarov bu görüşdə oynamayacaqlar.