"Avro-2016"nın final mərhələsinə vəsiqə uğrunda "pley-off" mərhələsinin cavab oyunları davam edir.
Noyabrın 16-da daha bir görüş keçirilib.
İrlandiya millisi öz meydanında Bosniya- Hersoqavinaya 2:0 hesabı ilə qalib gəlib.
Komandalar arasında keçirilən ilk görüşdə hesab 1:1 olduğundan İrlandiya millisi Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Bundan əvvəl Macarıstan millisi də bu mərhələni adlayaraq şempionata vəsiqə qazanıb.
Noyabrın 17-də keçiriləcək cavab oyunlarında isə Sloveniya Ukraynanı,Danimarka isə İsveçi qəbul edir.
Ukrayna ilk oyunda öz meydanında rəqibini 2:0, İsveç isə Danimarkanı 2:1 hesabı ilə məğlub edib.
16 noyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
23:45.İrlandiya - Bosniya və Hersoqovina - 2:0
Qollar: Ualters, 24-pen (1:0), 70 (2:0)
İlk oyun - 1:1
17 noyabr
Sloveniya - Ukrayna
İlk oyun - 0:2
Danimarka - İsveç
İlk oyun - 1:2