Belçikada da reydlər keçirilir

Foto arxiv

Belçika polisi Brüssselin kasıb rayonlarında reydlər keçirir.

Məlumatlara görə, Paris hücumlarından bir gün sonra 3 şübhəli saxlanıb.

Ümumiyyətlə ötən istirahət günlərindən bu yana Belçikada 7 şübhəli saxlanıb, amma sonradan onlardan 5-i sərbəst buraxılıb.

Belçikada doğulmuş 1 Fransa vətəndaşı isə beynəlxalq axtarışa verilib.

O bu hücumlarda əli olmaqda şübhəli bilinir.

Serbiya daxili işlər nazirliyinin məlumatına görə isə Fransadakı stadionda aşkar edilən hücumçulardan birinin meyiti ətrafından tapılan pasport oktyabrın 7-də Makedooniya-Serbiya sərhədində qeydiyyatdan keçib və həmin adam rəsmi sığınacaq istəyib.

Həmçinin Yunansıtan hakimiyyəti oktyabrın 3-də Leros adasından keçərkən həmin sənəddən istifadə olunduğunu bildirir.