Putin səyləri gücləndirməyə çağırıb

Vladimir Putin və David Cameron

“ Fransadakı son faciəvi hadisələr göstərir ki, biz bu cür terror aktlarına qarşı mübarizədə səyləri çoxdan gücləndirməliydik və sadəcə bunu eləməliyik.”

Bunu Rusiya prezidenti Vladimir Putin noyabrın 16-da Antaliyada Böyük Britaniyanın baş naziri David Cameronla keçirdiyi birgə mətbuat konfransında deyib.

İkitərəfli münasibətlərə gəldikdə isə, Putin bunun təəssüf ki, yaxşı olmadığını vurğulayıb.

O qeyd edib ki, bundan əvvəl görülmüşbütün müsbət işləri analiz etmək, gələcəyə baxmaq və münasibətlərin inkişafı ilə bağlı konkret planlar hazırlamaq lazımdır.

Həmçinin David Cameron bildirib ki, biz terrorçuluq dalğasını dəf eləmək üçün əməkdaşlıq etməli, birgə iş aparmalıyıq.

Baş nazir qeyd edib ki, bu təkcə Britaniya və Rusiya üçün yox, bütün dünya üçün təhlükədir.