5 məhbus Quantanamodan köçürülüb

Quantanamo

-

Quantanamo həbsxanasında saxlanan 5 məhbus Birləşmiş Ərəb Əmirliklərinə verilib.

Noyabrın 15-də Pentaqonun yaydığı bəyanatda Quantanamo istintaq təcridxanasının bağlanması üçün ABŞ-ın səylərini dəstəkləməyə hazır olan Birləşmiş Ərəb Əmirlikləri hökumətinə minnətdarlıq yer alıb.

Məhbusların köçürülməsi Kubada yerləşən sözügedən mübahisəli obyektin bağlanmasının tərkib hissəsidir. Bu transferdən sonra Quantanamo istintaq təcridxanasında 107 məhbus qalır.