Əliyevlər Antalyadadır

Mehriban və İlham Əliyevlər.

-

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva «Böyük İyirmiliyin» (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə işgüzar səfərə gediblər.

Bu barədə AZERTAC məlumat yayıb.

Məlumata görə, Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.