Güclü külək şimal bölgəsində fəsadlar törədib

Foto illüstrasiya

-

Ötən gün güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra problemlər yaradıb.

APA-nın məlumatına görə, elektrik enerjisinin verilişində müəyyən problemlər yaranıb.

Xaçmazda bəzi yerlərdə elektrik dirəkləri aşıb. Şəhərin Heydər Əliyev küçəsində ağac aşıb.

Quba rayonu, Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.