Rusiyanın üzvlüyünə baxılır

Vitaly Mutko

Beynəlxalq Yüngül Atletika Federasiyası bu gün fövqəladə iclasında Rusiya Yüngül Atletika Federasiyasının üzvlüyünün dayandırılmasına baxacaq.

Qərrar telefonla keçiriləcək səsvermə nəticəsində qəbul ediləcək.

Beynəlxalq Yüngül Atletika Federasiyasının 26 üzvü var.

Rusiyanın idman naziri Vitaly Mutko iclas ərəfəsində Rusiyanın antidopinq proqramında islahatlar aparılması ilə bağlı geniş və açıq əməkdaşlığa hazır olduğunu bəyan edib.

Mutko xüsusilə Rusiya laboratoriyalarında islahatlar aparmaq və ya yeni dopinqlə mübarizə idarəsi yaratmağa hazır olduqlarını bildirib.

O həmçinin Beynəlxalq Antidopinq Agentliyi müstəqil komissiyasının noyabrın 9-da Rusiya ilə bağlı rəyinin cəfəngiyat olduğunu qeyd edib.

Rusiya Yüngül Atletika Federasiyasını beynəlxalq antidopinq kodeksini pozmaqdaittiham edən komissiya onun üzvlükdən çıxarılmasını təklif edib.