Noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava əsasən buludlu olacaq, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
Abşeron yarımadasında gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.
Bölgələrdə də arabir yağış yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.