21 yaşadək futbolçular arasında "Avro-2017"nin seçmə mərhələsinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, 7-ci qrupda mübarizə aparan Azərbaycan millisi noyabrın 13-də səfərdə Almaniya millisi ilə qarşılaşır.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayır.
Azərbaycan yığması 5 oyunun 4-də məğlub olub.
Seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisi sonradan evdə Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Bundan sonra isə səfərdə yenidən Avstriyaya 0:7, evdə isə Finlandiyaya 0:1 hesabı ilə uduzub.
Azərbaycan millisi hazırda 3 xalla qrupda 5-ci yerdədir.
Qrupa hərəyə Almaniya, Avstriya və Finlandiya başçılıq edirlər.
Rusiya millisi 3 xalla 4-cü, Farer Adaları isə 0 xalla sonuncudur.