-
Rusiyada saxlanma zamanı ölmüş tacik körpənin anası Tacikistana deportasiya olunur.
Sankt Peterburq məhkəməsi noyabrın 12-də Zarina Yunusova-nın deportatiyası barədə məhkəmə qərarını qüvvədə saxlayıb. O, Rusiya miqrasiya qanunlarını pozduğuna görə ölkədən çıxarılır.
Qadının 5 aylıq oğlu Umarali Nazarov-un ölümü üzrə təhqiqat isə davam edir.
Körpə oktyabrın 14-də ölüb. Hadisədən öncə onun valideynləri saxlanıb və miqrasiya qanunlarını pozmaqda ittiham olunub.
Valideynlər deyirlər ki, polis onlardan uşağı alıb və 5 saat sonra buraxılanda da qaytarmayıb.
Polis onlara deyib ki, uşaq respirator problemlərdən əziyyət çəkdiyinə görə xəstəxanaya aparılıb. Uşağın meyiti onlara oktyabrın 15-də verilib.
Valideynlər övladlarının heç bir xəstəliyi olmadığını bildirirlər.
Tacikistan Rusiya hakimiyyətini uşağın ölümünü araşdırmağa çağırır. Bu hadisə Rusiyada tacik miqrantların və insan haqları fəallarının etirazına səbəb olub.