ABŞ “Cihadçı John”a zərbə endirib

"Cihadçı John"

-

ABŞ pilotsuz qurğusu Suriyada bir maşına zərbə endirib. Həmin avtomobildə İslam Dövləti qruplaşmasının “Cohadçı John” ləqəbli cəlladının olduğu güman olunur. Məlumatı noyabrın 12-də ABŞ rəsmiləri yayıb.

Ancaq britaniyalının hücum zamanı öldüyü dəqiq bəlli deyil. “Cihadçı John” İD-nin bir sıra videolarına qərbli girovların başını kəsir. Əsl adı Mohammed Emwazi-dir.

Ona Raqqa şəhərində zərbə endirilib. Pentaqonun mətbuat katibi Peter Cook deyib ki, rəsmilər hələ də nəticələri tədqiq edir.

Londonda kompüter proqramçısı işləmiş Emwazi Küveytdə iraqlı ailədə doğulub. Valideynləri 1993-cü ildə Britaniyaya köçüb.