İslam Dövləti qrupu Rusiyanı yaxın vaxtlarda terror aktları ilə hədələyib.
Bu barədə qrupun internetdə yerləşdirdiyi vidoyazıda bildirilir.
Reutersin məlumatına görə, rus dilində olan yazıda bildirilir ki, çox yaxın vaxtlarda qan su yerinə axacaq.
Bir sıra xarici kəşfiyyatlar hesab edir ki, bu günlərdə Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasının arxasında məhz İslam Dövləti qrupu durur.
Qrupun Misirdəki qanadı da bu qəzaya görə cavabdehliyi artıq iki dəfə üzrəinə götürüb.
Oktyabrın 31-də baş verən həmin qəzata 224 nəfər ölüb.
Rusiya sentyabrın 31-dən Suriyada hava əməliyyatlarına başlayıb.
Moskva əsas hədəfin İslam Dövləti qrupu olduğunu, ABŞ və onun müttəfiqləri isə Bashar Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.