19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatı seçmə mərhələsinin oyunları davam edir.
Noyabrın 12-də Azərbaycan millisinin də mübarizə apardığı 5-ci qrupda bir oyun keçirilib.
Ukrayna yığması Bosniya və Hersoqovina ilə qarşılaşıb.
Oyun 3:1 hesabı ilə Ukrayna yığmasının xeyrinə qurtarıb.
Bu qələbədən sonra Ukrayna yığması vahid liderdir.
Ukrayna millisi 1-ci görüşdə də Azərbaycan millisini 0:4 hesabı ilə məğlub edib.
Qrupun digər görüşündə isə Azərbaycan millisi Türkiyə ilə qarşılaşır.