Qarabağ” daha bir ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, hazırda milli komandanın düşərgəsində olan kapitan Rəşad Sadıqovun məşq zamanı əzələsi dartılıb.
Həkimlərin ilkin diaqnozuna görə, o 2 həftə oynamayacaq.
Rəşad Sadıqovun Avroliqanın qrup mərhələsi çərçivəsində noyabrın 26-da Bakıda “Tottenhem”ə qarşı oyununda iştirak edib-etməyəcəyinə gəldikdə isə AFFA-nın sözçüsü Nurlan İbrahimov deyib ki, o ən azı 10 gün məşqə çıxmamalıdır.
Onun bu görüşdə oynayıb-oynamayacağı bu müddətdən sonra bəlli olacaq.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ"ın əsas oyunçularından olan Reynaldo Silva da zədələnib.
O, bu il oynaya bilməyəcək.