-
İraqın kürd qüvvələri ABŞ hava kampaniyasının dəstəyi ilə strateji Sincar şəhərini İslam Dövləti yaraqlılarından almaq uğrunda hücuma keçib. Sincar İraqın şimalında yerləşir.
Peşmərgə qüvvələrinin hücumu noyabrın 12-də yerli vaxtda səhər 7-də başlayıb. Kürdlər müxtəlif istiqamətlərdən dağ şəhəri nə hücuma keçiblər.
Sincar İD silahlıları üçün vacib təchizat xətti üzərində yerləşir, belə ki, Suriyada İD-nin nəzarətində olan ərazi ilə İraqın şimalında Mosul şəhərini birləşdirir.
İD Sincarı ötən ilin avqustunda tutub, onminlərlə yezidi yaxınlıqdakı dağlara qaçıb.
Məhz yezidilərin qətli Birləşmiş Ştatlar koalisiyasının İD-nə qarşı hava kampaniyası ilə sonuclanıb.