Sloveniya sərhədə hasar çəkir

Sərhədə çəkilən məftillər

-

Sloveniya noyabrın 11-də Xorvatiya ilə sərhədinə tikanlı məftil çəkməyə başlayıb. Məqsəd Balkanlardan keçərək ölkəyə girməyə çalışan miqrantların qarşısını almaqdır.

Sloveniya son bir ayda minlərlə miqrantın son nöqtəsinə çevrilib. Şimali Avropaya gedən miqrantlar buraya üz tuturlar. Macarıstan da Xorvatiya və Sloveniya ilə sərhədini bağlayıb.

Oktyabrın ortasından bəri bu kiçik Avropa Birliyi ölkəsindən 180 mindən çox miqrant keçib. Onlar Almaniya, Avstriya və İsveçə üz tutub.

“Cənub sərhədimizdə iki hissədə texniki maneələr quraşdırmağa başlamışıq,” Daxili İşlər Nazirliyinin sözçüsü Bostjan Sefic Lyublianada mətbuat konfransında deyib.

Brezice və Razkrizje şəhərləri yaxınlığında sərhədlər altı ay qalacaq.

Ümumilikdə Sloveniya 670 km-lik sərhədinin 80 km-ni hasarlamağı planlaşdırır.