Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 25–27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Prezident.az saytının məlumatına görə, forumun Bakıda təşkili üçün Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.