Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri noyabrın 11-də Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşı Lusine Abovyana baş çəkiblər.
Bu barədə APA BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaya istinadla xəbər verir.
Xatırladaq ki, 1942-ci il təvəllüdlü Lusine Abovyan noyabrın 8-də Qazax rayonu istiqamətində sərhədi pozarkən Azərbaycan hərbçiləri tərəfindən saxlanıb.
O Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndindəndir.
Müdafiə Nazirliyi onunla beynəlxalq hüquq normaları çərçivəsində davranıldığını bildirir.
Nazirliyin məlumatına görə, o qısa müddətdə, müvafiq prosedurlar prosesdən sonra qarşı tərəfə təhvil veriləcək.