Polşa müstəqillik gününü qeyd edir

Andrzej Duda və həyat yoldaşı Agata Kornhauser-Duda

Poşa noyabrın 11-də müstəqillik gününü qeyd edir.

Varşavada “Polşa polyaklar-polyaklar Polşa üçündür” devizi altında çoxminlik yürüş keçirilib.

Prezident Andrzej Duda Josef Pilsudski və naməlum əsgərin abidəsi önünə əklil qoyub.

Həmçinin ölkənin digər şəhər və qəsəbələrində bayram mərasimləri keçirilib.

Polşa müstəqilliyini 123 illik mübarizə və bir neçə milli azadlıq üsyanlarından sonra 1918-ci ildə elan edib.