Qaz olmayacaq

-

Noyabrın 11-də saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Qarasu və Abdulabad, Masallı rayonunun Qızılavar, Kəriblər və Ərkivan, Qəbələ rayonunun Soltanmuxa, Savalan və Hacıəli, Zaqatala rayonunun Əliabad kəndlərində qaz olmayacaq.

SOCAR-ın məlumatına görə, bu qaz kəmərlərində aparılan təmirlə bağlıdır.

Təmirin Bakının Yasamal rayonunun, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin, Hacıqabul, Şirvan, Lerik və Şəki rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərəcəyi də bildirilir.