“Cristiano Ronaldo karyerasını “Real”da başa vuracaq”.
Bunu mətbuata açıqlamasında onun meneceri Xorse Mendes (Jorge Mendes) bildirib.
O Ronaldonun klubdan gedəcəyi ilə bağlı yayılmış məlumatların əsassız olduğunu bildirib.
Mendes qeyd edib ki, Ronaldo “Mançester Yunayted” i-də çox sevir, amma karyerasını “Real”da başa vuracaq.
Ronaldo son açıqlamalarının birində “Real”dan ayrılmasının mümkünlüyünü istisna eləməmişdi.