Rusiya dopinq ittihamlarını rədd edir

Dmitry Peskov

Rusiya Ümumdünya Antidopinq Agentliyinin pozuntularla bağlı ittihamlarını rədd edib.

Kremlin sözçüsü Dimitry Peskov noyabrın 10-da bildirib ki, agentlik bu günədək elə bir sübut göstərməyib və bu ittihamlar əsassızdır.

Rusiyanın İdman Nazirliyi bundan əvvəl Ümumdünya Antidopinq Agentliyi ilə daha sıx əməkdaşlığa açıq olduğunu bəyan edib.

Agentliyin noyabrın 9-da yaydığı hesabatda bildirilir ki, Rusiya uzun illər sistematik və geniş yayılmış pozuntulara yol verib.

Rusiya həmçinin dövlət səviyyəsində dopinq proqramı həyata keçirməkdə ittiham olunub.

Qurum Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını rusiyalı atletləri yarışlardan çıxarmağa çağırıb.