Noyabrın 10-da 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunları başlayıb.
Qol.Az-ın məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı 5-ci qrupda bir oyun keçirilib.
"Bayıl Arena"da baş tutan görüşdə Türkiyə və Bosniya və Hersoqovina yığmaları qarşılaşıb.
Türkiyə millisi 1:2 hesabı ilə rəqibinə məğlub oub.
Qrupun digər matçında bu gün Azərbaycan millisi Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək.