Ashraf Ghani qətli pisləyir

Ashraf Ghani

-

Əfqanıstan prezidenti Ashraf Ghani ölkənin cənub-şərqi Zabul vilayətində etnik şiə azlığından yeddi nəfərin başının kəsilməsini pisləyib. Prezident idarəsinin məlumatına görə, o, dörd kişi, iki qadın və bir uşağın başsız meyitlərinin tapılmasından “dərin kədər hissi keçirib”.

Zabul valisi Mohammad Anwar Ishaqzai qətllərə görə İslam Dövləti qruplaşmasını günahlandırıb. Həmin şəxslər qonşu Qəzni vilayətindən oğurlanıbmış.

Zabulda rəqib Taliban tayfaları arasında toqquşmalar gedir, son günlər azı 50 nəfər həlak olub. Rəsmilər deyirlər ki, bu ilin əvvəlində İD-ə sadiq yüzlərlə ailə Zabula köçüb.

Taliban şərqi Nangahar vilayətində də bir neçə rayona nəzarət edir.