Rusiya Irana S-300 raketləri göndərəcək

S-300 air raketləri

Rusiya İrana hava hücumlarından müdafiə raketləri göndərilməsi ilə bağlı müqaviləni yerinə yetirəcək.

“Rostexnologiya” şirkətinin rəhbəri Sergei Chemezov noyabrın 9-da Dubaya səfəri zamanı bildirib ki, S-300 raketləri ilə bağlı İranla imzalanmış müqavilə artıq qüvvəyə minir.

Rusiya BMT-nin sanksiyalarına görə 2010-cu ildə İranla bu müqavilənin icrasını dayandırmışdı.

Müqavilə 2007-ci ildə imzalanıb.

Rusiya prezidenti Vladimir Putin bu il İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə sazişindən sonra bu məsələni yenidən gündəmə gətirib.

Amma Chemezov raketlərin ansı versiyası və onların nə vaxt göndəriləcəyinə aydınlıq gətirməyib.