-
Myanma müxalifət lideri Aung San Suu Kyi seçkinin nəticəsindən əminliyini bildirib. Noyabrın 9-da ötən gün keçirilmiş parlament seçkisinin nəticələri elan olunacaq.
Myanma 25 ildən bəri ilk dəfə olaraq bazar günü azad seçki keçirdi.
Kyi-nin Milli Demokratiya Liqasının seçkini udacağı gözlənir. Bu liqa ordunun dəstəklədiyi Birlik Həmrəylik İnkişaf Partiyasını məğlub edib.
Aung San Suu Kyi noyabrın 9-da partiyasının qərargahında etdiyi çıxışında deyib: “Sizə xatırlatmaq istəyirəm ki, qalib gəlməyən namizədlər belə qalibləri qəbul etməlidirlər. Məğlub olanların özlərini pis etməsi üçün onları təxribata çəkməmək də vacibdir”.
Bu seçki ölkənin demokratiya yolunda ciddi hədəf sayılır.