19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
AFFA-nın məlumatına görə, qrupun son turunda hər iki qarşılaşma eyni vaxtda başladığından Azərbaycan yığmasının oyunu canlı, digər görüşün isə isə videoyazı olunacaq.
10 noyabr
Saat 14:00. Türkiyə – Bosniya və Herseqovina
Saat 18:00. Ukrayna – Azərbaycan
12 noyabr
Saat 14:00. Bosniya və Herseqovina – Ukrayna
Saat 18:00. Türkiyə - Azərbaycan
15 noyabr
Saat 18:00. Ukrayna – Türkiyə
Saat 18:00. Azərbaycan – Bosniya və Herseqovina
Qeyd edək ki, Ukrayna – Türkiyə oyunu “Dalğa Arena”da, digər qarşılaşmalar isə Bayıl stadionunda keçiriləcək.