BMT-nin Belarusiyada insan haqları üzrə məruzəçisi Miklos Haraszti ölkəni mediya sahəsində geniş islahatlar aparmağa çağırıb.
O BMT-nin Baş Assambleyasına təqdim elədiyi hesabatda bildirir ki, ölkədəki mövcud qeydiyyat və lisenziya sistemi mediyanın müstəqilliyinə imkan vermir.
O həmçinin bütün internetin praktiki hökumətin birbaşa nəzarəti altında olduğunu deyir.
Haraszti bildirib ki, ölkədə jurnalistlər daima təqib olunur, ifadə azadlığı boğulur.
Belarusu 1994-cü ilədn indiki prezident Aleksandr Lukashenko idarə edir.
O ötən ay yenidən 5-ci müddətə prezident seçilib.