Qadınlar kosmetikaya nə qədər xərcləyir

Gözəllik salonu (arxiv fotosu)

Bu ilin 9 ayı ərzində Azərbaycanda xanımlar kosmetik və tualet ləvazimatların alışı üçün 300 milyon manata qədər pul xərcləyiblər.

Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

Onun sözlərinə görə, ötən il pərakəndə ticarət şəbəkələrində əhaliyə müvafiq olaraq 333,3 milyon manatlıq kosmetik məmulatlar satılıb.