Margvelashvili:"Əməkdaşlıq dərinləşəcək"

Giorgi Margvelashvili və İlham Əliyev

“Ölkələrimiz arasında əlaqələr xoş niyyətli və qonşuluq münasibətlərinə əsaslanır, hansı ki, bu münasibətlər bir çox imtahanlardan keçib. Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük dəstək verir. Bunun üçün biz Azərbaycan xalqına minnətdarıq".

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Margvelashvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Margvelashvili qeyd edib ki, Gürcüstan Avropa və Asiya arasında həmişə dəhliz rolunu oynayıb, nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirməyə həmişə hazırdır vəəməkdaşlığının daha da dərinləşdiriləcəyinə əminəm”-deyə o vurğulayıb.