Prezident Şəkiyə 5 milyon ayırdı

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Şəkidə abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.