FİFA milli komandaların növbəti reytinqini açıqlayıb.
Qurumun rəsmi saytında gedən məlumata görə, Azərbaycan milli ötən ayla müqayisədə 10 pillə geriləyib.
Komandanın "Avro-2016"nın seçmə mərhələsinin son iki oyununda İtaliya və Bolqarıstana uduzması onun reytinqindən təsirsiz ötüşməyib.
Azərbaycan millisi hazırda 293 xalla 115-ci pillədədir.
Siyahının ilk pilləsində də dəyişiklik olub.
Belçika yığması birinci pilləyə yüksəlib.
Almaniya yığması ikinci, Argentina isə üçüncü olub.