Qırğızıstanda Sariev baş nazir oldu

Temir Sariev

-

Qırğızıstan parlamenti Temir Sariev-i baş nazir postuna yenidən təyin edib və onun yeni kabinetini təsdiqləyib.

Bu həftənin əvvəlində ölkədə hakim koalisiya formalaşıb. Prezident Almazbek Atambaev-i dəstəkləyən partiyalar ötən ay parlament seçkilərində çoxluğu qazanmışdı.

Sariev maydan bəri baş nazirdir.

Parlamentin iclasında deputatlar həmçinin Enerji Nazirliyinin holdinqə çevrilməsinə razılaşıblar. Bu holdinqə dövlətə məxsus bütün enerji şirkətləri daxil olacaq.

Müdafiə Nazirliyi isə Dövlət Müdafiə Komitəsinə çevrilib. Sədrini prezident təyin edəcək.