Xəzərdə 3 balıqçı itkin düşüb

Foto arxiv

Noyabrın 4-ü səhər saatlarında Xaçmaz rayonu ərazisindən dənizə çıxan 3 nəfər balıqçı ilə əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyi axtarış yerinin nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənarda olduğunu bildirilir.

Hazırda hava küləklidir və əgər sabah hava şəraiti düzəlsə nazirliyin aviasiya dəstəsi axtarış-xilasetmə əməliyyatına başlayacaq.