"Monako" Mourinho üçün 40 milyon verir

Roman Abramovich və Jose Mourinho

Fransanın "Monako" klubu baş məşqçi Jose Mourinhonu transfer etmək üçün İngiltərənin "Çelsi" klubuna 50 milyon avroluq təklif göndərib.

Xarici KİV vasitələrinin məlumatına görə, bu barədə "Monako"nun səhmdarı Alessandro Proto məlumat yayıb.

Amma o bu təklifin klubunun prezidenti Roman Abramovic tərəfindən rədd edildiyini deyir.

Məlumatlara görə, "Çelsi" Mourinhonu başqa klublara 100 milyon avroya vermək istəyir.

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 11 turdan sonra 11 xalla 15-ci yerdədir.