Futbol üzrə Avropa Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Monako” klubu Bakıya gəlib.
Yerli KİV-lərin məlumatına görə, klub Azərbaycana 20 futbolçu ilə gəlib.
Qeyd edək ki, “Monako” nun heyyətində bir neçə məşhur futbolçu var.
"Monako" noyabrın 4-də Bakıda "Qarabağ"la görüşdən əvvəl son məşqinə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” - “Monako” oyunu noyabrın 5-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə "Monako" 1:0 hesabı ilə qalib gəlib.