Karim Benzama həbs edilib

Karim Benzema

Fransa futbol millisi və “Real”ın oyunçusu Kərim Benzema (Karim Benzema) həbs edilib.

Xarici idman portallarının məlumatına görə, o “Lion” un oyunçusu və millidəki komanda yoldaşı Mate Velbueni (Mathieu Valbuena) şantaj etməkdə günahlandırılır.

France-Press agentliyinin məlumatına görə Benzema noyabrın 4-də ifadə vermək üçün səhər saat 9 radələrində Parisin qərbindəki Versay polis məntəqəsinə gedib.

Məlumata görə Versay prokurorluğu onu formal olaraq istintaqına cəlb edib.

Hələlik onun vəkili məsələyə aydınlıq gətirməyib.

Amma məlumatlara görə şantajçılar intim videonun yayılmaması əvəzində 31 yaşlı Valbuena-dan pul tələb ediblər.

Qeyd edək ki,polis oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse (Djibril Cissé) və adları çəkilməyən daha 3 nəfəri eyni səbəbdən həbs etmişdi. Amma Sissenin bu məsələdə rolu az olduğundan, o, sərbəst buraxıldı.