İslam Həmrəylik Oyunlarının vaxtı bilindi

2012 London Olimpiadası.

-

2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, noyabrın 3-də İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil edilməsi müəyyən olunub.

IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.