Çoxmərtəbəli binadan təxliyə olundular

Arxiv fotosu

-

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən elektrik lövhəsinin çıxış kabeli yanıb.

Yanğın zamanı mənzillərdən 15 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Fövqəladə Hallar Nazirliyinin məlumatında belə deyilir.

Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub.