Avropa Yenidənqurma vəİnkişaf Bankı Rusiya hökumətinin keçmiş müşaviri və Kremlin tənqidçisini özünün yeni baş ekonomisti təyin edib.
Londonda yerləşən bank oktyabrın 3-də bildirib ki, 44 yaşlı Sergei Guriyev 2016-cı ilin ortalarında təşkilata qoşulacaq.
O hazırda Parisdə dərs verir və bu öhtəliyini yerinə yetirməlidir.
Guriyevin YUKOS-un keçmiş rəhbəri Mikhail Khodorkovsky və müxalifət fəalı Aleksei Navalny ilə əlaqələri var.
O 2013-cü ildə Fransaya qaçmazdan əvvəl baş nazir Dimitry Medvedevin köməkçisi və “Moskva Yeni İqtisad Məktəbi”nin rektoru olub.
O prezident Vladimir Putinin tənqidçilərindən biridir.
Avropa Yenidənqurma vəİnkişaf Bankı 1991-ci ildə keçmiş kommunist ölkələrinin bazar iqtisadiyyatına keçməsinə kömək üçün yaradılıb.
Bank Ukrayna münaqişəsinə görə ötən ildən Rusiyada layihələri dayandırıb.