Miqrantlar qatarla daşınır

Foto arxiv

Serbiya ilə Xorvatiya saatlarda şaxtalı havada gözləməli olan qaçqınların birbaşa qatarla daşınmasına başlayıblar.

Noyabrın 3-də Serbiyanın Sid şəhərindən Xorvatiyanın Slavonski Brod şəhərin 1000-ə yaxın qaçqın gətirilib.

Bu şəhərdə qaçqınlar üçün xüsusi mərkəz yaradılıb.

Serbiyanın əmək və sosial təminat naziri Aleksandar Vulinin sözlərinə görə, gün ərzində4-5 qatar yola salınacaq.

Xorvatiyadan qaçqınlar hökumətlərarası razılaşmaya görə Sloveniyaya aparılacaq.

Minlərlə qaçqın xeyli vaxt idi ki, Seribiya-Xorvatiya sərhədinə toplaşmışdı.

Bu il Avropa Birliyi ölkələrinə 700 mindən çox qaçqın keçib.

Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır və əsasən Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.