Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq.
Bölgələrdə də əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman, ayrı-ayrı yerlərdə arabir qərb küləyi əsəcək.
Gecə 2-7, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.