Futzal üzrə milli komandaların yeni reytinqi açıqlanıb.
Azərbaycan yığması əvvəlki mövqeyini saxlayıb. Yığma 1369 xalla 13-cü yerdədir.
Azərbaycan millisinin 2016-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, Belarus 22-ci, İsveç isə 60-cı yerdədir.
Siyahıya yenə də 1 922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü yerdədir.