Ukrayna hakimiyyəti UKROR partiyasının lideri Gennadiy Korbanı azad edildikdən bir neçə saat sonra yenidən həbs edib.
Təhlükəsizlik xidmətinin məlumatına görə, noyabrın 3-də Baş Prokurorluğun göstərişi ilə saxlanılıb.
Korbanın 500-ə yaxın tərəfdarı parlament binası və Kiyevdəki təcridaxananın qarşısına toplaşaraq onun azad edilməsini tələb edirlər.
45 yaşlı Korban oktyabrın 31-də həbs edilib.
O mütəşəkkil cinayətkarlıq,yeyinti və adam oğurluğunda şübhəli görünür.
Amma prokurorluq onun həbsinə order verə bilmədiyinə görə, o 72 saatdan sonra azad edilmişdi.
Partiya fəallarının sözlərinə görə, Dnepropetrovsk vilayətinin keçmiş qubernatoru Korban siyasi fəaliyyətinə görə təqib olunur.
Onun partiyası 2014-cü ilin sentyabrında rəsmi qeydiyyatdan keçib.