Nazarbaev Mərkəzi Bank rəhbərini dəyişdi

Kairat Kelimbetov

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev milli valyutanın kəskin enişindən sonra Mərkəzi Bank rəhbərini işdən çıxarıb. O, noyabrın 2-də köməkçisi Daniyar Akishev-i bu posta təyin edib. Parlamentin yuxarı palatası da dərhal dəyişikliyi təsdiqləyib.

39 yaşlı Akishev 2014-cü ildən prezident administrasiyasında çalışır. Daha öncə bir neçə il mərkəzi bankda işləyib.

Kairat Kelimbetov isə cəmi iki il bu vəzifədə qaldı.

Mərkəzi Bank tengeni qorumaq məqsədilə azı 1.7 milyard dollar xərcləyib. Tenge avqustda üzən məzənnəyə keçirilib və dollara qarşı dəyərinin üçdə birini itirib.